Kanadada məcburi peyvəndə qarşı etiraz aksiyaları keçirilib

    DÜNYA

    14 Sentyabr 2021 | 08:39

    Kanadanın müxtəlif şəhərlərində məcburi koronavirus peyvəndlərinə və COVID pasportlarının tətbiqinə qarşı etiraz aksiyaları keçirilib.

    Pressa “CBC” telekanalına istinadən xəbər verir ki, etirazçılar Toronto, Ottava, Vinnipe, Montreal və Halifaks şəhərlərindəki xəstəxanaların qarşısına toplaşıblar.

    Etirazçılar COVID əleyhinə peyvənd vurulması ilə bağlı insanlara seçmə imkanı verməyə çağırıbılar.

    Aksiyalar dinc şəraitdə keçirilib.

    Etiraz nümayişləri Baş nazir Jastin Tryudo da daxil olmaqla ölkə rəsmiləri tərəfindən qınanılıb.

    Qey edək ki, Ontarioda sözügedən pasportlar sentyabrın 22-də tətbiq olunacaq.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024