Kanada XİN rəhbəri Ermənistanın təxribatı ilə bağlı Azərbaycan icmasının müraciətini araşdıracaq

    SİYASƏT

    22 Sentyabr 2022 | 16:07

    Kanadanın Baş naziri Castin Trüdonun ofisi bu ölkədə fəaliyyət göstərən Azərbaycan icması üzvlərinin Ermənistanın son təxribatı ilə bağlı müraciətini cavablandırıb.

    Bu barədə Pressa-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Baş nazirin ofisindən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovaya və Alberta-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) icraçı direktoru Səbinə İsgəndərovaya ünvanlanan cavab məktubunda bildirilib ki, Castin Trüdoya göndərilmiş məktubun ünvanına çatdığını təsdiqləyirlər.

    “Əmin olun ki, sizin müraciətiniz dəqiq araşdırılacaq. Sizin elektron məktubunuz baxılması üçün xarici işlər naziri hörmətli Melani Coliyə göndərilib”, - deyə qeyd olunub.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024