Kamili hava limanından əliqandallı çıxardılar

    HADİSƏ

    21 Fevral 2024 | 13:08

    Ötən gecə Moskvanın “Domodedovo” hava limanında sərhədçilər tərəfindən saxlanılan fitness məşqçisi Kamil Zeynallı polisə təhvil verilib.

    Pressa xəbər verir ki, K.Zeynallı qolları qandallı şəkildə hava limanından çıxarılaraq polis idarəsinə aparılıb.

    Moskvadakı müvafiq polis idarəsində aparılan araşdırmadan sonra Kamilin məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

    Xatırladaq ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kamil Zeynallının məsələsinin nəzarətdə olduğunu, eyni zamanda məhkəmənın qərarını gözlədiklərini açıqlayıb.

    Qeyd edək ki, ilkin məlumatda K.Zeynallının Ermənistanın təqdimatı əsasında axtarışa verildiyi açıqlanıb.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024