Kabildə qadınlar etiraz aksiyası keçiriblər

    DÜNYA

    21 Oktyabr 2021 | 13:13

    Kabil şəhərində qadınlar Əfqanıstan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

    Pressa “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar "Taliban" hökumətini öz hüquqlarına hörmət etməyə çağırıblar. Qadınlar həmçinin hökumətdə təmsil olunmaq arzularını dilə gətiriblər.

    Etirazçıların sayı 30 nəfərdən çox olub.

    Bildirilib ki, “Taliban” hökuməti aksiyanı dağıdıb, çəkiliş aparan jurnalistlər döyülüblər.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024