İyunun ilk gününün hava proqnozu

    ÖLKƏ

    31 May 2023 | 14:10

    İyunun 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Pressa-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

      Havanın temperaturu gecə 16-21° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60 % olacaq.

      Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Qərb küləyi arabir güclənəcək.

      Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.

       



      XƏBƏR LENTİ

      19 Aprel 2024
      18 Aprel 2024
      17 Aprel 2024
      16 Aprel 2024
      15 Aprel 2024
      14 Aprel 2024
      13 Aprel 2024
      12 Aprel 2024
      11 Aprel 2024
      10 Aprel 2024
      09 Aprel 2024
      08 Aprel 2024