IWS: Azərbaycanda “Facebook” istifadəçilərinin sayı artıb

    ÖLKƏ

    26 Yanvar 2022 | 10:26

    “Facebook”un Azərbaycan üzrə istifadəçilərin əhaliyə nisbətdə nüfuzetmə səviyyəsi 50,8% təşkil edib.

    Pressa-nın məlumatına görə, bu barədə “Internet World Stats”ın (IWS) 2021-ci ilin yekunlarında dair dərc etdiyi hesabatda bildirilir.
    IWS-in məlumatına görə, son bir il ərzində “Facebook”un əhali arasında nüfuz dərəcəsi 9,9 faiz bəndi artıb.
    10,284 milyondan çox əhalisi olan ölkədə, bu sosial şəbəkənin istifadəçilərinin sayı 5,230 milyon təşkil edib ki, bu da bir il öncəki göstəricidən 25% çoxdur.
    “Facebook” sosial şəbəkəsinin Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə istifadəçi sayı belədir: Gürcüstan (3,222 mln.), Ermənistan (2,071 mln.), Qazaxıstan (11,825 mln.), Qırğızıstan (3,060 mln.), Tacikistan (1,136 mln), Türkmənistan (224 min) və Özbəkistan (4,702 mln.).

     



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024