İsveç PKK üzvünü Türkiyəyə ekstradisiya edib

    DÜNYA

    03 Dekabr 2022 | 15:47

    İsveç PKK üzvü olan şəxsi Türkiyəyə ekstradisiya edib.

    Pressa TRT-yə istinadən xəbər verir ki, İsveç PKK üzvü olduğu üçün haqqında 6 il 10 ay həbs cəzası çıxarılmış Mahmut Tatı Türkiyəyə ekstradisiya edib.

    Tat həbs cəzasına görə 2015-ci ildə İsveçə gedərək sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb.

    Bir müddət əvvəl İsveçdə polis tərəfindən həbs olunan Tat Mölndaldakı təcridxanada saxlanılıb. Buradan isə o, təyyarə ilə Türkiyəyə göndərilib.

    PKK üzvlüyünə görə 6 il 10 ay cəzası olan Mahmut Tatın məhkəmə prosesi tamamlandıqdan sonra həbsi gözlənilir.

     



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024