İsrailin Azərbaycandakı səfirliyində təhlükəsizliklə bağlı təlim keçirilib

    SİYASƏT

    28 Fevral 2024 | 11:05

    İsrailin Bakıdakı səfirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə öz binasında təlim keçirib.

    Pressa xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" hesabında məlumat verilib.

      Bildirilib ki, fevralın 18-də baş tutan təlim iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməyə və genişləndirməyə yönəlmiş davamlı əməkdaşlığın bir hissəsidir.

      İsrailin Azərbaycandakı səfiri Corc Dik təlimin uğurlu keçdiyini bildirib.

      "Biz səfirliyin və diplomatik heyətin təhlükəsizliyini təmin etdiklərinə görə Azərbaycan Respublikasının hüquq-mühafizə və təhlükəsizlik orqanlarına minnətdarıq. Bu birgə təlim çox uğurlu keçdi və ölkələrimizin möhkəm təhlükəsizlik əməkdaşlığına mühüm əlavə idi. Azərbaycan dövlətinin, bütün diplomatik nümayəndəliklərin, o cümlədən İsrail səfirliyinin təhlükəsizliyinə sadiqliyi göz qabağındadır və sarsılmazdır. Biz ikitərəfli əməkdaşlığımızı gücləndirməyə davam etməyi səbirsizliklə gözləyirik", - İsrail diplomatı vurğulayıb.



      XƏBƏR LENTİ

      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024