İsrail Azərbaycanla aqrar sahədə birgə elmi tədqiqatlar aparacaq

    İQTİSADİYYAT

    20 Sentyabr 2022 | 16:15

    Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda İsrailin müasir suvarma sistemləri üzrə ixtisaslaşan şirkətlərinin təmsilçiləri ilə görüş keçirilib.

    Kənd Təsərrüfatı Nazirliyindən Pressa-ya verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın qurulması, birgə elmi tədqiqatların aparılması müzakirə olunub.
    İsrailli nümayəndələrə ölkədə aparılan elmi tədqiqat işləri, yeni yaradılan tərəvəz sortları, yerli toxumlara olan tələbatın ödənilməsi barədə ətraflı məlumat verilib.

    Nümayəndə heyəti institutun avadanlıqlarla təchiz olunan laboratoriyaları, toxum emalı kompleksi, istixana kompleksləri ilə yaxından tanış olub, quraşdırılan müasir suvarma, yerüstü və yeraltı damlama, gübrələmə və ağıllı idarəetmə sistemlərinə, sınaq əkin sahələrinə baxış keçiriblər.

     



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024