İşğalından azad edilən Ağdamda görünən mənzərə, düşmənin  hansı xislətdə olduğunun sübutudur

    SON XƏBƏRLƏR

    20 Noyabr 2023 | 16:01

    Vətən Müharibəsinin sonunda düşmən kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bəli, bu Ali Baş Komandan cənab İlham Əliyevin siyasi qətiyyətinin, Azərbaycan Ordsunun gücünün sübutu idi.

    Düşmən Vətən Müharibəsinin sonunda imzalanmış Üçtərəfli bəyanata əsasən Ağdam rayonunu qeyd-şərtsiz təhvil verməli və silahlı birləşmələrini rayon ərazisindən çıxarmalı idi. Belə də oldu. 2020-ci il noyabr ayının 20-də Ağdam rayonu düşməndən bir güllə belə atılmadan azad edildi. Bu həm də Azərbaycan diplomatiyasının uğuru idi. Ağdam rayonu, xüsusən də Qarabağımızın giriş qapısı sayılan Ağdam şəhərinin azad edilməsi böyük strateji əhəmiyyətə malik idi. Düşmən Ağdam rayonunda konkret olaraq soyqrım həyata keçirmişdi.

    Şəhər ərazisində bir dənə də olsun normal tikiliyə rast gəlmək mümkün deyildi. Bir sözlə düşmən burada daşı-daş üzərində qoymamışdı. Şəhər sanki ruhlar şəhərini xatirladırdı. Bir sözlə ifadə eləsək belə bir qənaətə gəlmək olar ki, düşmən bu hərəkəti ilə açıq-aşkar etiraf edirdi ki, bu torpaqlar onlara məxsus deyil. Əgər onlara məxsus olsaydı bu gün Azərbaycan höküməti tərəfindən həmin ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri kimi onlar da həmin torpaqlarda qurub-yaradardılar. Amma onlar çox gözəl anlayıdılar ki, bir gün o torpaqların əzəli sahibləri onlara məxsus olmayanı onlarda qoymayacaq, geri qaytaracaqdır.

    Belə də oldu. Bu gün bütün Azərbaycan rayonları kimi, Ağdam rayonu da azaddır, üç rəngli bayrağımız Ağdamda da dalğalanır. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bütün işğaldan azad edilmiş şəhərlərimizin azad olma tarixlərində müvafiq olaraq həmin şəhərlərin günləri qeyd edilir. Bu gün Ağdam tam yenidən bərpa edilir.

    Görülən mənzərə onu deməyə əsas verir ki, Ağdam ən qısa zamanda əvvəlki şöhrətini özünə qaytaracaq və ağdamlılar əzəli torpaqlarına geri dönüb xöşbəxt və firavan həyatlarını davam etdirəcəklər.

    Ölkə Başçısı cənab İlham Əliyevin sözləri ilə desək bu gün Ağdam üçün yeni bir dövr başlayıb. Ağdam Azərbaycanımız üçün böyük və strateji əhəmiyyət kəsb etməklə paralel, həm də o, özündə qədim tarixi, mədəni bir irsi daşıyır.

    Düşmən sosial əhəmiyyətli binalar, yaşayış evləri ilə paralel həmin tarixi abidələri də məhv etmiş, etmədiklərinə də böyük ziyan vurmuşdular. Onların bu münasibəti bir daha erməni nankorluğunun, vəhşiliyinin bariz nümunəsi kimi qəbul edilməlidir. Çox sevindirici haldır ki, ağrılı, acılı günlər geridə qalıb. Ağdam və onunla paralel digər yaşayış məntəqələrimiz tamamilə, ən müasir şəkildə yenidən qurulur. Bütün bunlar hər bir azərbaycanlının böyük sevincinə, fəxarət hissinə səbəb olub. 

    Fətulla Rzayev;
    Neftçala rayon gənci

     



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023