İrəvanda itaətsizlik aksiyaları başlayıb, küçələr bağlanıb

    DÜNYA

    25 Sentyabr 2023 | 08:59

    Səhər saatlarından İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası başlayıb

    Pressa xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

      Əvvəlcə etirazçılar Saryana və Tumanyana küçələrinin kəsişməsini, həmçinin Rubinyan küçəsini bağlayıblar.

      Aksiya başlayandan polis onları müşaiyət edib.

      Kentron inzibati rayonunda fəallar İrəvan sirkinin yaxınlığındakı kəsişmədə, "Yeritsardakan" metro stansiyasında və Dövlət Universitetində toplaşmağı planlaşdırıblar.

      Polis aksiya iştirakçılarını "Yeritasardakan" metro stansiyasına sıxışdırıb.

      Qeyd edək ki, paytaxtın bir sıra inzibati rayonlarında itaətsizlik aksiyaları planlaşdırılır.



      XƏBƏR LENTİ

      04 Dekabr 2023
      02 Dekabr 2023
      01 Dekabr 2023
      30 Noyabr 2023
      29 Noyabr 2023
      28 Noyabr 2023