İraq Prezidenti: Azərbaycanla əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik

    SİYASƏT

    20 Noyabr 2023 | 17:21

    “Əlaqələrin gücləndirilməsi, ticarət, siyasət, eləcə də beynəlxalq məsələlərə dair Sizdən məsləhət almaq çox yaxşı haldır. Biz iki ölkə arasında əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik”.

    Pressa xəbər verir ki, bunu noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüş zamanı bildirib.

      “Gələn ay sizin nümayəndə heyətini qəbul etməyi gözləyirik və ümidvaram ki, o, çox səmərəli olacaq. Azərbaycana bütün səfərlər səmərəli olur. Bu gün bizim nümayəndə heyətlərimiz iki ölkə arasında bəzi anlaşma memorandumlarının imzalanmasına hazırdır” – İraq Prezidenti qeyd edib.

       



      XƏBƏR LENTİ

      04 Dekabr 2023
      02 Dekabr 2023
      01 Dekabr 2023
      30 Noyabr 2023
      29 Noyabr 2023
      28 Noyabr 2023