İranın 44 günlük müharibə zamanı Azərbaycan əleyhinə plan hazırladığı ortaya çıxıb

    SİYASƏT

    27 Sentyabr 2022 | 23:43

    44 günlük müharibədə İranın Ermənistana verdiyi bir neçə təklif müharibənin mahiyyətini və nəticəsini dəyişə bilərdi.

    Pressa xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan çıxış edib.

    S. Danielyan bu gün keçirilən mətbuat konfransında bildirib ki, Ermənistan cəmiyyəti baş nazir Nikol Paşinyanın 44 günlük müharibədə İranın hansı təkliflərindən imtina etdiyini bilsə, şoka düşəcək: “Sual yaranır: niyə imtina edildi?”

    Erməni ekspertin fikrincə, İrana qarşı yönəlmiş müharibədə Türkiyə, İsrail, İngiltərə də çıxış edir.

    O, 2018-ci ildə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Ermənistana səfəri zamanı İranla sərhədin bağlanması təklifini xatırladıb:

    “2018-ci ildə Ermənistana səfəri zamanı Bolton erməniləri stereotiplərdən qurtulmağa çağırıb, ABŞ-ın Ermənistan və ermənilərin Türkiyəyə münasibətində maraqlı olduğunu bildirib. Bolton indiki hakim rejimin Ermənistanda hakimiyyətə gəlməsini dəstəkləmək üçün ödəməli olduğu qiyməti deyib. Bu, 2018-ci ildə hakimiyyət dəyişikliyi üçün şərt idi”.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024