İranda partlayıcı qurğu işə düşüb, terrorçu ölüb

    DÜNYA

    28 Fevral 2024 | 12:09

    İranda partlayıcı qurğu işə düşüb, terrorçu ölüb.

    Pressa xəbər verir ki, bu barədə “Tasnim” Zahedan prokuroruna istinadən məlumat yayıb.

    Məlumata görə, İranın Sistan və Bəlucistan vilayətində terror aktı törətməyə cəhd edən terrorçulardan biri əməliyyatı həyata keçirməzdən əvvəl baş verən partlayış nəticəsində ölüb.

    Qeyd edilib ki, iki terrorçu Məhəmməd bölgəsində yol kənarındakı nəzarət-buraxılış məntəqəsi yaxınlığında patrul avtomobilini partlatmaq məqsədi ilə ölkəyə daxil olub. Onlardan biri partlayıcı qurğunun quraşdırılması zamanı ölüb. Digər terrorçu isə qaçıb, axtarışları davam edir.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024