İranda meşə yanğınlarında 4 nəfər həlak olub

    DÜNYA

    05 Avqust 2021 | 12:47

    İranın Fars vilayətinin Firuzabad əyalətində Hayqar boğazında baş verən meşə yanğınları nəticəsində dörd nəfər həlak olub.

    Pressa-nın Tehran bürosunun məlumatına görə, gecə saatlarında baş verən yanğınların qarşısı səhər saatlarında alınıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmaması üçün lazımi tədbirlər görüblər.

    Həlak olan şəxslər yanğınsöndürənlərə yardım üçün gəlmiş könüllü vətəndaşlar olub. Onlar alovlar içində qalaraq həyatlarını itiriblər.

    Hazırda yanğının başvermə səbəbləri araşdırılır.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024