İran ilə Azərbaycan avtomobil, avtobus və traktorun birgə istehsalını planlaşdırır

    İQTİSADİYYAT

    17 Iyul 2021 | 18:14

    İran ilə Azərbaycan minik avtomobil, avtobus və traktor istehsalı sahəsində birgə əməkdaşlıq etmək niyyətindədir.

    Pressa xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” hesabından xəbər paylaşıb:

    “Azərbaycan Prezidentinin “İran Khodro” ilə “Azərmaş”ın müştərək layihəsi olan “Khazar” ilə bağlı sərəncamından sonra iki qonşu müsəlman ölkənin yaxın gündəmində habelə avtobus və traktor istehsalı da var”.

    Bununla yanaşı, İran Ticarət Sənaye Mədənlər və Kənd Təsərrüfatı Palatası (ICCIMA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbərləri arasında bu günlərdəki görüşdə nitq söyləyən diplomat iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini dilə gətirərək hər iki tərəfin münasibətləri genişləndirmək əzmində olduğunu vurğulayıb.

    Azərbaycanın 20 % torpaqlarının artıq işğaldan azad olunduğunu xatırladan səfir İranla Azərbaycan arasında iqtisadi əməkdaşlığını da eynilə 20 % artırmağa çağırıb: “Azərbaycan İran şirkətlərini, özəl sektorunu qəbul etməyə hazırdır”.

    Xatırladaq ki, mart ayının əvvəlində İran sənaye, mədənlər, ticarət naziri Əlirza Rəzm Hüseyni də Ərdəbil əyalətində Azərbaycanla müştərək sənaye parkı yaratmağa hazır olduqlarını da bildirmişdi.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024