İqtisadiyyat Nazirliyinin vəzifələri artırılıb

    ÖLKƏ

    03 Avqust 2022 | 15:29

    İqtisadiyyat Nazirliyinin vəzifələri artırılıb.

    Pressa xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla ““www.azexport.az” internet portalı haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.Fərmana əsasən, “www.azexport.az” internet portalının fəaliyyəti ilə əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) barədə məlumatlar və “ASAN imza” sertifikatının verilməsi ilə bağlı informasiyalar portala inteqrasiya ediləcək.

    Eyni zamanda, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” fərmana dəyişiklik edilib. Dəyişikliklə İqtisadiyyat Nazirliyi yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını təmin edəcək. Həmçinin, Nazirliyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarəti gücləndirmək tapşırılıb.



    XƏBƏR LENTİ

    15 Avqust 2022
    14 Avqust 2022
    11 Avqust 2022
    10 Avqust 2022
    09 Avqust 2022
    08 Avqust 2022
    05 Avqust 2022
    04 Avqust 2022
    03 Avqust 2022
    02 Avqust 2022
    01 Avqust 2022
    30 Iyul 2022
    29 Iyul 2022
    28 Iyul 2022
    27 Iyul 2022
    26 Iyul 2022
    25 Iyul 2022
    23 Iyul 2022