İpoteka kağızının tərtibi və qeydiyyata alınması elektronlaşıb

    ÖLKƏ

    17 Iyun 2022 | 10:10

    İyun ayının 16-dan etibarən daşınmaz əmlak üzərində ipoteka hüququnu təsdiq edən ipoteka kağızının tərtibi və qeydiyyata alınmasının elektron şəkildə həyata keçirilməsinə başlanılıb.

    Pressa xəbər verir ki, bu işlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İpoteka Kağızının Elektron Sistemi vasitəsilə reallaşdırılır. Məqsəd elektron xidmətlərin tətbiqini genişləndirərək əlçatanlığı və operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq, məmur-vətəndaş ünsiyyətini minimuma endirməkdir.Qeyd edək ki, əvvəllər bu sənədlər yalnız kağız daşıyıcıda tərtib edilirdi və Mərkəzi Bank tərəfindən kağız daşıyıcıda qeydiyyata alınırdı. Artıq yeni sistem daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının ipoteka qoyanlar tərəfindən tərtib edilməsi, həmin kağızın ipoteka saxlayanların adına qeydiyyata alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.

    Yuxarıda adıçəkilən əməliyyatların tam elektronlaşdırılması ölkəmizdə kredit, ipoteka və daşınmaz əmlak bazarının inkişafına, bu sahələrdə şəffaflığın və etibarlılığın artmasına töhfə verəcək.

    İstifadəçilər e-emlak.gov.az saytına daxil olaraq İpoteka Kağızının Elektron Sisteminə keçid edə bilərlər.



    XƏBƏR LENTİ

    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024