"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

    İQTİSADİYYAT

    29 Noyabr 2021 | 12:15

    "InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

    EUR

    Avropada sənaye sektorunda nikbinliyin artması, EUR-USD məzənnəsində bahalaşma müşayiət olunur. Bu, 1,15$-a kimi davam edə bilər.

    Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq ABŞ-ın əmək bazarına dair önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.

    GBP

    GBP-USD məzənnəsi də 1,33$-da dəstək görərək dəyər qazanmağa başlayıb. Texniki təhlillər trendin 1,36$-a kimi davam edəcəyini proqnozlaşdırmağa əsas verir.

    Bununla yanaşı, enerji birjalarında neftin ucuzlaşması da tendensiyaya qarşı müqavimət yaradır.

    TRY

    USD-TRY məzənnəsi 13,43TL ilə tarixi rekord səviyyəsini yenilədikdən sonra korreksiyaya başlayıb və “ayı”lar aktivliklərini 10,77TL-yə kimi gücləndirə bilərlər.

    Cümə günü saat 11:00-da Türkiyədə yeni inflyasiya rəqəmlərin dərc edilməsi də vacib rol oynayacaq.

    OIL

    Bazarda neft təklifinin artmasından sonra "Brent" neftinin bir barel qiyməti 72$-a düşüb. Beləliklə, cari korrektə 67$-a kimi dərinləşə bilər.

    Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

    GOLD

    Foreks bazarlarında dolların ucuzlaşması ilə əlvan metallar bazarlarında qızıl qiymətləri də dəstək görüb. Bir unsiya üzrə qiymət 1 817$-a (58,4$/qram) kimi də dəyər qazana bilər.

    İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb-saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024