"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

    İQTİSADİYYAT

    22 Noyabr 2021 | 11:24

    Avrozonada risklər artıb, neft və qızılda korrektə

    “InvestAZ” investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

    EUR

    Avropada infeksiyaların yenidən artması fonunda iqtisadi risklərin artması narahatlığı EUR-USD məzənnəsinin 16 ayın minimumlarında ticarət olunmasına səbəb olur. Təhlillərə əsasən, minimumlar 1,12$ ilə yenilənə bilər.

    Çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da Avrozonanın xidmət və sənaye sektorlarında biznes aktivliyi indekslərinin açıqlanması da investorların diqqət mərkəzindədir.

    GBP

    GBP-USD məzənnəsi də dəstək görən dollar indeksi fonunda təzyiq altındadır. Neft qiymətlərində korrektə də funt sterlinqin ucuzlaşmasına təsir edən səbəblər arasındadır. Beləliklə, GBP-USD kursu 1,32$-a kimi düşə bilər.

    TRY

    USD-TRY məzənnəsi TMB-nin faiz azaldılması qərarı ilə yanaşı, inflyasiya proqnozları fonunda da yüksəlir və hazırda 11 TL-nin üzərində ticarət edilir. Gələn həftə üzrə açıqlanacaq inflyasiya məlumatlarında isə 20%-in üzərində artım ehtimal edilir. Yayımlanan göstəricilər daha yüksək olacağı təqdirdə, lirədə ucuzlaşma 12 TL-dək davam edə bilər.

    OIL

    Enerji birjalarında “Brent” neftin qiymətində müşahidə edilən korrektənin 76$-a kimi dərinləşəcəyi proqnozlaşdırılır.

    Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

    GOLD

    Əlvan metallar bazarlarında qızılın qiymətində son bahalaşma dalğası fonunda korreksiya müşahidə edilir. Bu, 1 832$-ı (58,9$/qram) və 1 818$-a (58,5$/qram) kimi davam edə bilər.

    İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb-saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024