“Instagram”a yeni funksiyalar gəlir

    ÖLKƏ

    20 Oktyabr 2021 | 17:44

    “Instagram” sosial şəbəkəsi bir sıra yeni funksiyalar təqdim etməyə hazırlaşır.

    Bunların arasında 11 ildir mövcud olan veb versiyadan paylaşım etmək imkanı da daxildir.

    Bildirilir ki, şirkət istifadəçilərə həm fotoşəkilləri, həm də videoları bir dəqiqədən daha qısa müddətdə brauzer vasitəsilə yerləşdirməyə imkan verəcək, “Instagram”ın “desktop” versiyasını daha funksional və praktik hala gətirəcək.

    Eyni zamanda, sosial şəbəkənin özü 11 ildir mövcuddur və bütün bu müddət ərzində veb versiyasından yalnız hesabları axtarmağa və izləməyə icazə verilib. Son zamanlarda isə mesajları cavablandırmaq imkanı da yaradılıb. 

    Bundan əlavə, “Instagram”da test rejimində başqa bir istifadəçi ilə birlikdə yazıların dərc edilməsi mümkün olub. “Collabs” funksiyası sayəsində hər iki istifadəçi yazı, “Feed” və ya “Reels”ləri redaktə edə biləcək və hər iki hesabın adı yazı başlığında göstəriləcək. Yazı hər iki müəllifin abunəçilərinin lentlərində görünəcək və eyni zamanda ümumi bəyənmə, baxış və şərh sayı olacaq.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024