İndoneziyada torpaq sürüşməsi baş verib.
Pressa xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə nəticəsində 15 nəfər ölüb.
Qeyd edək ki, ölkənin şimal hissəsindəki Riau adalarında güclü leysan yağışları nəticəsində torpaq sürüşməsi baş verib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.