“İmmunitet sertifikatı”nın müddətinin uzadılma qaydası açıqlanıb

    ÖLKƏ

    01 Dekabr 2021 | 10:48

    “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet” sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində 1 doza vaksin ( bu, buster doza sayılır) vurdura bilər.

    Bu barədə Apanın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, buster dozanı (bir doza) vurdurmaqla vətəndaşın “İmmunitet” sertifikatı müddətsiz olur.

    Əgər şəxs 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurdurursa, bu zaman o “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edir. Qeyd edildiyi kimi “Peyvənd sertifikatı” müddətsizdir.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024