İlin sonunadək Cəbrayıl və Zəngilanda 100 hektar meşə-park salınacaq

    SON XƏBƏRLƏR, İQTİSADİYYAT

    22 Sentyabr 2022 | 22:35

    Cəbrayıl və Zəngilan rayonları ərazisində ümumi sahəsi 100 hektar meşə-parkın salınması işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

    Pressa xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov AMEA-da keçirilən “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxış edərkən deyib.

    Nazir müavini, meşələrin inventarlaşması istiqamətində Cəbrayıl şəhərinin yaxınlığında “Qapalı kök sistemli tingliyin” və “Dostluq meşəsi”nin salınması, eləcə də “Regional Meşəçilik Təlim Mərkəzi”nin yaradılması layihələrinin icrası barədə məlumat verib.

    Əlavə edib ki, müasir texnologiyaların tətbiq edildiyi “ağıllı” şəhər və kənd konsepsiyasının reallaşdırılması regionun unikal təbiətinin qorunması, insan, təbiət, ətraf mühit arasında təbiət tarazlığını təmin etməklə şəhər mühitində sağlam və keyfiyyətli həyat tərzinin bərqərar edilməsinə səbəb olacaq.

     



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024