İlin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti müəyyənləşib

    İQTİSADİYYAT

    30 May 2023 | 14:51

    İlin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60,0 ABŞ dolları götürüləcək.

    Pressa xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsində əksini tapıb.

      Layihədə yenilənmiş makroiqtisadi proqnozlara əsasən, baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60,0 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları).

      2023-cü ildə ÜDM-in real ifadədə 1,8 faiz artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9 faiz artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

      Orta illik inflyasiyanın isə cari ildə 10,4 faiz (əvvəlki proqnoza (6,9 faiz) nəzərən 3,5 faiz bənd çox olacağı gözlənilir.



      XƏBƏR LENTİ

      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024
      17 Aprel 2024
      16 Aprel 2024
      15 Aprel 2024