"III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi başlayıb

    ÖLKƏ

    14 Iyun 2021 | 18:37

    “Neftçi" Peşəkar Futbol Klubu (PFK), "ASAN Könüllüləri" Təşkilatı və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə şəhid və sosial baxımdan həssas ailələrin övladları üçün nəzərdə tutulmuş "III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi başlayıb. 
     
    Şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaş aralığında olan övladları üçün nəzərdə tutulmuş düşərgənin açılış mərasimi 14 iyun tarixində baş tutub.
     
    Tədbirdə "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, "Neftçi" PFK-nin prezidenti Kamran Quliyev, Klubun Müşahidəçilər Şurasının sədri Çingiz Abdullayev, “ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova, həmçinin klubun peşəkar futbolçu heyəti və qazilərimiz  iştirak ediblər.
     
    Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.
     
    16 gün davam edəcək düşərgədə pandemiya qaydaları nəzərə alınaraq  iştirakçılar qruplar üzrə bölünəcəklər.
     
    İştirakçılarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçiriləcək, peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədiləcək. 
     
    Neftçi Futbol Klubunun  "Türk Hava Yolları" bazasında keçiriləcək düşərgəni uğurla bitirmiş iştirakçılar sertifikat, müxtəlif hədiyyələr və imtiyazlarla təltif ediləcəklər.



    XƏBƏR LENTİ

    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024
    04 Aprel 2024