İdarə rəisi: Antiterror əməliyyatları zamanı Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox DDOS hücum olub

    İQTİSADİYYAT

    21 Sentyabr 2023 | 13:33

    Azərbaycan antiterror əməliyyatlarına başlayanda dövlət qurumlarının internet resurslarına da çoxsaylı hücumlar qeydə alınıb.

    Pressa xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Texnologiyaları Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu hücumların qarşısı uğurla alınır.

    "Belə hücumların biri də ölkə Prezidentinin saytına olub. Belə ki, saniyədə 4 milyondan çox botnet sorğular, DDOS hücumlar qeydə alınıb. Eyni zamanda, saxta domenlər üzərindən də kiberhücumlar artmaqdadır. Lakin mütəxəssislərimiz bu kiberhücumların qarşısını alır. Çalışır ki, bu cür hücumlar dövlət qurumlarına zərər vurmasın. Bu istiqamətdə gücləndirilmiş iş rejimində fəaliyyət göstəririk", - deyə Tural Məmmədov əlavə edib.

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023