“Heydər Əliyev adına təqaüd”ün verilməsi üçün komissiyalar yaradılacaq

    TƏHSİL

    25 Sentyabr 2023 | 14:33

    Təhsildə yüksək nailiyyətləri ilə fərqlənən tələbələrə “Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılacaq.

    Bu barədə Pressa-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

    Müsabiqə komissiyaları tərəfindən Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi meyarlar nəzərə alınmaqla ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan tələbələr arasından seçim aparılacaq (bir neçə namizədin göstəriciləri eyni olduqda komissiya tərəfindən əlavə seçim meyarları tətbiq edilə bilər).

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3 000 manat məbləğində olmaqla birdəfəlik ödəniləcək.

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023