Həm xərçəngdən qoruyur, həm də arıqladır

    SON XƏBƏRLƏR

    01 Aprel 2024 | 15:24

    Kətan toxumunun faydaları saymaqla bitmir.

    Pressa Türkiyə mətbuatına istinadən xəbər verir ki, üyüdülmüş və ya toxum şəklində istifadə edilən bu ərzaq vitamin və mineral mənbəyi olmaqla yanaşı, proteyin, lif və omega-3 ilə zəngindir. Əgər vegeterian qidalanmanı üstün tutursunuzsa, kətan toxumu ilə omeqa-3 ehtiyacınızı tam şəkildə qarşılaya bilərsiniz.

    Bu toxum eyni zamanda liqnan qaynağıdır. Liqnan xərçəng riskini azaldan, antioksidant və estrogen xüsusiyyətlərə sahib birləşmədir. Maraqlıdır ki, kətan toxumunun tərkibində digər bitkilərdən 800 dəfə çox liqnan var. Araşdırmalara görə, bu bitkidən istifadə edən qadınlarda döş xərçənginə yoluxma riski olduqca aşağıdır.

    Pəhrizdə olanlar da bu toxumun faydalarından yararlanmalıdır. Toxum su ilə birlikdə qəbul edildikdə mədədə şişərək toxluq hissi yaradır. Eyni zamanda şəkəri tənzimləyərək, tez-tez acmağınızın qarşısını alır.  



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024