Havanın temperaturu 4-7 dərəcə enəcək, bəzi rayonlara qar yağacaq

    ÖLKƏ

    22 Oktyabr 2021 | 16:25

    Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i axşamdan 27-si gündüzədək arabir yağış yağacağı gözlənilir. Oktyabrın 26- 27-si gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

    ETSN-dən bildirilib ki, şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, 26-da yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

    Azərbaycanın rayonlarında oktyabrın 25-i axşamdan 27-si axşamadək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024