Hakimlərin konfransı təşkil ediləcək

    ÖLKƏ

    31 May 2023 | 13:33

    Hakimlərin konfransı institutu yaradılır.

    Pressa xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

      Layihəyə əsasən, Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının üzvlərinin seçilməsi üçün keçirilir.

      Hakimlərin konfransında kassasiya, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri aşağıdakı qaydada təmsil olunurlar:

      -. Azərbaycan Respublikasının Ali Məhkəməsindən 5 hakim;

      - hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim;

      - hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim;

      - hər rayon (şəhər) məhkəməsindən 1 hakim.

      Hakimlərin konfransı bu qanunda nəzərdə tutulan hakimlərin dörddə üçü iştirak etdikdə səlahiyyətlidir.

      Hakimlərin konfransı Məhkəmə-Hüququ Şurasının üzvlərini açıq səsvermə yolu ilə, iştirakçıların sadə səs çoxluğu ilə seçəcək.

      Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

       



      XƏBƏR LENTİ

      08 May 2024
      07 May 2024
      06 May 2024
      04 May 2024
      03 May 2024
      02 May 2024