Hakimə hücum çəkən oyunçuya 1 oyunluq cəza

    İDMAN

    03 Fevral 2023 | 17:30

    Bu gün İntizam Komitəsinin iclası keçirilib. Pressa xəbər verir ki, aşağıdakı qərarlar qəbul edilib:

    Azərbaycan Premyer Liqasının XX turunun “Sumqayıt” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).

    Azərbaycan Premyer Liqasının XX turunun “Səbail” – “Kəpəz” oyununda “Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).

    Azərbaycan Premyer Liqasının XX turunun “Səbail” – “Kəpəz” oyununda “Səbail” klubu xərəkdaşıyanların say tərkibini pozduğuna görə klub 800 manat cərimə olunur (maddə 64.1).

    Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” - “Sabah” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).

    Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” - “Sabah” oyununda “Qəbələ” klubunun oyunçusu Ruan Renato ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılır və klub 200 manat cərimə olunur (maddə 47.1).

    Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” - “Sabah” oyununda “Sabah” klubunun 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).

    Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” - “Zirə” oyununda “Zirə” klubunun oyunçusu Donald Geryenin ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılır və klub 200 manat cərimə olunur (maddə 47.1). 

     




    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023