Gürcüstanın Baş naziri: “Qarabağ müharibəsinin başa çatması bölgədə yeni imkanlar yaradacaq”

    SİYASƏT

    08 Sentyabr 2021 | 16:14

    “Gürcüstan bölgədə sülh, sabitlik və əmin-amanlığın tərəfdarıdır”.

    Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.

    Onun sözlərinə görə, Qarabağ müharibəsi bölgə üçün çətin çağırış olub: “Ümid edirəm ki, müharibənin başa çatması ilə yeni imkanlara yol açılacaq. Gürcüstan regionda yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır”.

    İ.Qaribaşvili Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya da toxunub: “Bu, presedenti olmayan hadisə oldu. Gürcüstan bundan sonra da Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu oynamaqda davam etməyə hazırdır”.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024