Gürcüstanda təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

    TƏHSİL

    01 Mart 2023 | 16:17

    2021/22-ci dərs ilinin əvvəlində Gürcüstanın ali təhsil müəssisələrində 903 Azərbaycan vətəndaşı olan tələbə qeydə alınıb.

    Pressa-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeydə alınıb. Bildirilib ki, bunlardan 660-ı kişi, 243 isə qadındır. Gürcüstanda təhsil alan Azərbaycan vətəndaşlarının əksəriyyəti özəl ali təhsil müəssisələrində qeydiyyatdan keçiblər. Belə ki, onlardan 546-sı özəl, 357-si isə dövlət ali təhsil məktəblərində qeydiyyata alınıblar.

    2020-2021-ci tədris ilində isə Gürcüstanın ali təhsil müəssisələrində 901 Azərbaycan vətəndaşı təhsil alıb.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024