Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 9,5 faiz artıb

    İQTİSADİYYAT

    19 Iyul 2021 | 17:57

    Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri cari ilin birinci yarısında 9,5 faiz artaraq 493,25 milyon ABŞ dolları təşkil edib.

    Pressa xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan 2021-ci ilin yanvar-iyun ayları ərzində Gürcüstanın ümumi ticarət dövriyyəsində 7,9 faiz paya malik olub.

    Bununla da Azərbaycan, Gürcüstanın əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.

    Cari ilin birinci yarısında Gürcüstandan Azərbaycana 244,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 20,1 faiz çoxdur.

    Azərbaycan Gürcüstanın ümumi ixracında 13 faiz payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çin və Rusiyadan sonra üçüncü yerdə qərarlaşıb.

    Gürcüstanın Azərbaycandan idxalı hesabat dövründə 6,7 faiz azalaraq 248,8 milyon ABŞ dolları təşkil edib.

    Gürcüstanın ümumi idxalında Azərbaycan 5,8 faiz payla qonşu ölkənin əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beşinci olub.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024