Güləş tarixində görünməyən qərar - Eyni çəkidə iki idmançı “qızıl” aldı

    İDMAN

    16 Noyabr 2023 | 16:18

    Ümumdünya Güləş Federasiyası (UWW) verdiyi qərarla dünya gündəminə düşüb. Pressa xəbər verir ki, beynəlxalq federasiya bir-biri ilə qarşılaşan iki idmançıya da qızıl medal verib. 

    Belə ki, bu ilin sentyabrında Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında 87 kq çəki dərəcəsində keçirilən finalda türkiyəli Ali Cengiz macarıstanlı David Loşontsiya 8:7 hesabı ilə qalib gəlib. 

    Lakin görüşün nəticəsindən narazı qalan Macarıstan Güləş Federasiyası finalla bağlı şikayə edib. Beynəlxalq federasiya şikayəti qəbul edərək görüşlə bağlı qərarı müzakirəyə çıxarıb və videoyazı yenidən izlənilib. UWW rəsmiləri belə qərara gəlib ki, hakim ciddi səhvə yol verib.

    Nəticədə onlar macarıstanlı idmançını da dünya çempionu elan edib. 

    Bu qərar isə dünya güləş tarixinə düşüb. İndiyə qədər heç bir görüşdə bu cür qərar qəbul edilməyib. 



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023