Güclü qar səbəbindən Bakı-İstanbul-Bakı aviareysləri gecikir

    ÖLKƏ

    25 Yanvar 2022 | 12:44

    Güclü qar səbəbindən İstanbul hava limanının bağlanması “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-İstanbul və İstanbul-Bakı (24 və 25 yanvar) reyslərinin gecikməsinə səbəb olub.

    AZAL-dan verilən məlumata görə, sözügedən uçuşlar İstanbul Hava Limanı ilə razılaşdırılaraq həyata keçiriləcək.Belə ki, hazırda Bakıdan iki reysin uçuşu gecikir. Bu reyslərin sərnişinlərinin bu gün axşam saatlarında İstanbula daşınması planlaşdırılır. Uçuş aviaşirkətin ən böyük geniş füzelyajlı təyyarəsi olan “Airbus A340”da yerinə yetiriləcək.

    Həmçinin, bu gün - günün ikinci yarısında və axşam saatlarında – İstanbul Hava Limanından Bakıya iki reysin yerinə yetirilməsi planlaşdırılır.

    Gələn sərnişinlərdən İstanbul hava limanında AZAL-ın ofisinə müraciət etmələri xahiş olunur. Sərnişinlər İstanbul-Bakı marşrutu üzrə ən yaxın reysə qeydiyyata alınacaqlar.

    Sözügedən reyslərin sərnişinləri yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzində, AZAL-ın İstanbul nümayəndəliyində və ya KİV vasitəsilə əldə edə bilərlər.

     



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024