Güclü qar Hindistanda azı 11 nəfərin həyatına son qoyub

    DÜNYA

    23 Oktyabr 2021 | 10:29

    Güclü qar və pis hava şəraiti səbəbindən Hindistanda azı 11 nəfər ölüb.

    Pressa TASS agentliyinə istinadən xəbər verir ki, ölənlər arasında turistlər, daşıyıcılar və bələdçilər olub.

    Xatırladaq ki, bazar ertəsi turistlərdən və onları müşayiət edən şəxslərdən ibarət 17 nəfərlik qrup Lamkhaqa keçidindən keçərkən itkin düşüb. Bələdçilərdən bir neçəsi yaxınlıqdakı evlərə çata bildikdən sonra onların axtarışına başlanılıb. Axtarış işlərinə hərbçilər də cəlb edilib.

    İndiyədək 2 nəfər sağ, 11 nəfər isə ölü tapılıb. 4 nəfərin axtarışları davam etdirilir. Turistlər Nyu-Dehli şəhərindən və Qərbi Benqal ştatından olan hindistanlılar olub.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024