“Gömrük tarifi haqqında” qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib

    İQTİSADİYYAT

    15 Noyabr 2023 | 15:32

    Milli Məclisin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

    Pressa-nın xəbərinə görə, layihəyə əsasən, Azərbaycana müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqların, humanitar yardım kimi gətirilən malların, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqların gömrük rüsumundan azad edilməsi təklif olunur.

    Eyni zamanda ölkəyə idxal olunan qızılın hansı halda gömrük rüsumundan azad ediləcəyi müəyyənləşir

    Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023