Ramiz Mehdiyev: "Meydana çıxan acınacaqlı mənzərəyə AMEA İşlər İdarəsinin sabiq müdiri məsuliyyət daşıyır"

    ÖLKƏ

    24 Noyabr 2021 | 11:04

    “Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır”.

    Pressa-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının ilk iclasında Akademiya prezidenti Ramiz Mehdiyev deyib.

    Akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi tənqid edən akademik Ramiz Mehdiyev qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb. O, alimlərin sırf elmi işlərlə məşğul olmaları üçün müəyyən şəraitin yaradıldığını və bu məqsədlə bir sıra zəruri addımların atılacağını diqqətə çatdırıb.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024