Ginekoloji xəstəliklərin gizli PSİXOLOJİ SƏBƏBLƏRİ

    24 Noyabr 2021 | 10:45

    Güclü mənfi emosiyalar sağlamlığa mənfi təsir edir. Qadınlarda belə emosiyalar bir çox ginekoloji problemlərə səbəb ola bilər.

    Publika.az ginekoloji xəstəliklərin gizli psixoloji səbəblərini sizə təqdim edir.

    Endometrioz

    Bu xəstəlik təşviş və həyəcana meyilli olan, sevinə bilməyən, həyatdan zövq almağı bacarmayan qadınlarda inkişaf edir.

    Uşaqlıq mioması

    Öz yaxınlarına qarşı olan uzun inciklik, depressiyaya meyillilik və pis əhval-ruhiyyə uşaqlıq miomasının inkişafına gətirib çıxarda bilər. Belə psixoloji durum maddələr mübadiləsi və hormonal fonunun dəyişikliklərinə səbəb olur.

    Yumurtalığın kistası

    Psixoloqların araşdırmaları göstərib ki, bu xəstəlik həddindən artıq qorxu nəticəsində yaranır. Ən geniş yayılan forması "Məni sevmirlər" qorxusudur. Qısqanclıq, tənhalıq qorxusu və insanlarla münasibətləri daim aydınlaşdırmaq istəyi də bu xəstəliyin yaranma səbəblərindən biridir.

    Ağır klimaks

    Həyatlarından narazılıq, natamamlıq kompleksi, illərlə yığılan yorğunluq və öz maraqlarına laqeyd yanaşma vərdişi qadınların klimaks dövrünü ağır keçirməsinə səbəb olur.

    Odur ki, sağlam olmaq istəyirsinizsə mənfi emosiyaları və fikirləri həyatınıza buraxmayın, həyatdan zövq almğa çalışın. 



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024