Ghost modelindən yeniliklər

    SON XƏBƏRLƏR

    05 Avqust 2022 | 10:54

    Ghost-un zərif və minimalist üslubu  son beş ildə texnologiyalar sahəsində baş verən inkişafa əsaslanır. Nəticə olaraq - Rolls-Royce-un bu günə kimi olan ən saf ifadəsi ərsəyə gəlib.

    Markanı xüsusi edən bu yeniliklər ilə tanış olun.

    Yalnız Rolls-Royce-ya məxsus olan “Magic Carpet Ride” sürücülük təcrübəsi dünyada ilk Planar Asma Sistemi ilə brendi tam yeni səviyəyyə çıxardı. Bu inqilabi təkmilləşdirmə, idarəolunarkən, buna gədər heç bir avtomobilin əldə etmədiyi uçuş hissini yaradır.
    Qabaqcıl Planar Asma Sistemi təkər vibrasiyasını təcrid edərək, sərnişinlər üçün yüksək səviyyəli rahatlığı təmin edir. Bu sistem, ön asqı qurğusunun üzərində dünyada ilk dəfə olaraq Damper qurğusunu özündə birləşdirir və daha da sabit və səysiz sürücülük təcrübəsi yaradır. Həmçinin, Peyk Yardımlı Ötürmə proqramı, Ghost-un indi ən tələbkar yol səthlərini təxmin edə və reaksiya verə bilməsi üçün köməklik göstərir.

    Romanın möhtəşəm Panteon məbədindən ilhamlanaraq, Rolls-Royce radiator barmaqlığı markanın ən cəlbedici xüsusiyyətlərindən biridir və hər bir avtomobilə fərqli ön hissə xarakteri verir. Ghost-un görünüşünü müəyyən edən “Post-Opulence” dizayn üslubuna uyğun olaraq, Panteon Barmaqlığı indi 20 ədəd LED fənərlər ilə incə şəkildə işıqlandırılır. Bu işıqlandırma effekti gecələr diqqəti daha çox cəlb edir və metal barmaqlığların arxa tərəfinin daha az əks etdirməsi üçün fırçalanma səbəbindən incə qalır.

    Gün batdıqdan sonra Ghost-un xüsusi barmaqlığı,  parıltı yayaraq avtomobilə 24 saatlıq fərqli görünüş bəxş edir.

    Daha bir yenilik, sərnişin tərəfində yer alan valehedici “IIIuminated Fascia” simvolik “Starlight Headliner”-i incə şəkildə əks etdirir.
    İşıqlandırma sistemi panelin yuxarısında və altında quraşdırılmış 152 LED-dən gəlir, hər biri - kabin saatı və alətin siferblat işıqlandırmasına diqqətlə uyğunlaşdırılmış rəngdədir. Ghost söz işarəsinin bərabər şəkildə işıqlandırılmasını təmin etmək üçün 90.000-dən çox lazeri olan 2 mm. qalınlığında işıq bələdçisindən istifadə olunur. Bu, işığı bərabər şəkildə yaymaqla yanaşı, parıldama effekti yaradır.

    “IIIuminated Fascia” sistemi istifadə edilmədikdə onun tamamilə görünməz qalmasını təmin etmək üçün geniş mühəndislik işləri aparılmışdır.

    Rolls-Royce mühəndisləri avtomatik bağlanan qapı sisteminidə təkmilləşdiriblər. Müştərilər ilk dəfə olaraq elektrik yardımı ilə avtomobilin bütün qapılarını nəinki bağlaya, həm də aça bilərlər. Onları hərəkətə gətirmək üçün ən kiçik jest kifayətdir. Yüksək keyfiyyətli sensorlar təpə və ya yol açılarından asılı olmayaraq eyni işləmə sürətinə imkan verir.

    “Improtex Motors” haqqında:

    “Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, BMW i, “MINI”, və “YAMAHA” motosikllərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi vardır.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024