Geosiyasi proseslərə görə Azərbaycandan tranzit yük daşımaları 75% artıb

    İQTİSADİYYAT

    25 Noyabr 2022 | 17:56

    Hazırki geosiyasi proseslər Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini artırıb. Bu, özünü qısa zamanda ölkə üzərindən daşınan yüklərin həcmində də göstərib.

    Pressa xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Limanında nüfuzlu beynəlxalq beyin mərkəzlərinin tanınmış professorları, tədqiqatçı və ekspertlərinin iştirakı ilə keçirilən “Along the Middle Corridor: Geopolitics, Security, and Economy” mövzusunda konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

    "Bu ilin on ayı ərzində Azərbaycandan tranzit daşınan yüklərin həcmi 8,7 milyon ton olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 75% çoxdur" - deyə, nazir müavini əlavə edib.

     



    XƏBƏR LENTİ

    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024
    04 Aprel 2024