Geomaqnit qasırğası gözlənilir

    SON XƏBƏRLƏR

    20 Noyabr 2023 | 15:30

    Ötən üç sutka ərzində Günəş aktivliyi normal fon səviyyəsində olub. Noyabrın 20-dən Günəş küləyi parametrlərinin güclənməsi müşahidə oluna bilər.

    Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, 16 noyabr tarixində baş vermiş zəif tac kütlə atılmaları (TKA) nəticəsində geomaqnit sahənin aktiv hala keçəcəyi, G1(mülayim) səviyyəli geomaqnit qasırğasının ola biləcəyi proqnozlaşdırılır. Noyabrın 22-dən etibarən geomaqnit sahənin sakit səviyyəyə qayıdacağı ehtimal olunur. Hazırda Günəş küləyinin sürəti 300-360 km/s intervalındadır.

    Dekabrın 5-də G1(mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. Maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 20-26 noyabr 2023- cü il tarixləri üçün 2-5 intervalında dəyişəcək.



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023