General Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib

    HADİSƏ

    27 Oktyabr 2021 | 17:33

    Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Pressa-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.

    Hökmə əsasən, Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R. Əkbərovun zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə 40 min manat məbləğində vəsait ödəməsi barədə qərar qəbul olunub.

    Məhkəmə təqsirləndirilən şəxsin hərbi rütbəsi və fəxri adlarının alınmasını zəruri hesab etməyib.

    Qeyd edək ki, prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.



    XƏBƏR LENTİ

    10 May 2024
    09 May 2024
    08 May 2024
    07 May 2024
    06 May 2024
    04 May 2024