Gəncədə bu ilin sonunadək LED lampaları fabriki açılacaq

    ÖLKƏ

    01 Dekabr 2021 | 15:30

     

    Dekabrın sonunadək Gəncədə LED lampalarının istehsalı üzrə fabrik açılacaq və müəssisədə tam olaraq bu məhsulların istehsalına start veriləcək.

    BunuGəncə İş Adamları İctimai Birliyinin sədri Zəfər Məmmədov deyib.

    Onun sözlərinə görə, layihənin icrası ilə bağlı ilkin olaraq Çinlə əməkdaşlığa başlanıldı və bu ölkədən Azərbaycana dəzgahlar və digər zəruri xammallar gətirildi.

    "Biz bu istiqamətdə Türkiyənin sözügedən sahədə uğur əldə edən şirkətlərindən biri ilə əməkdaşlığa artıq başlamışıq. Gələn il məhz bu şirkətlə birlikdə lampaların istehsalını artıracağıq", - deyə Z. Məmmədov qeyd edib.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024