Gələn il yaşayış minimumu və ehtiyac meyarı 270 manat olacaq

    İQTİSADİYYAT

    14 Noyabr 2023 | 18:50

    Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürüləcək.

    Pressa xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.

    Başqa sözlə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılır.

    2024-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat olacaq. yaşayış minimumu pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində proqnozlaşdırılır.

    Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023