Gələn il Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq

    ÖLKƏ

    02 Dekabr 2021 | 12:45

    Gələn il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq.

    Pressa-nın məlumatına görə, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

    Gələn 9 və 10 iyul tarixləri müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 11 və 12 iyul tarixləri qeyri-iş günü olacaq.



    XƏBƏR LENTİ

    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024