Gələcəkdə orta məktəblər akkreditasiyadan keçirilə bilər

    TƏHSİL

    07 Fevral 2023 | 16:22

    Gələcəkdə orta məktəblər də akkreditasiyadan keçirilə bilər.

    Pressa xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na edilmiş dəyişikliklə bağlı keçirilən mətbuat konfransında deyib.

    O bildirib ki, orta məktəblərdə tədrisin keyfiyyəti ilə bağlı "Məktəb inspektoru" layihəsi çərçivəsində müxtəlif səviyyəli məktəblərdə monitorinqlər aparılıb:

    "Bunun əsasında hesabatlar hazırlanaraq çatışmayan tərəflərlə bağlı məktəb rəhbərliyinə göstəriş verilir. Lakin bəzən görürük ki, göstərilən problemlər aradan qaldırılmır. Bütün bunlar akkreditasiya prosesi üçün hazırlıqdır".

     



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023