Füzuli Dövlət Dram Teatrı yeni mövsümü “Yaddaş” əsəri ilə açacaq

    MƏDƏNİYYƏT

    08 Oktyabr 2021 | 12:30

    Füzuli Dövlət Dram Teatrı pandemiya və qapanmalardan sonra yeni mövsümə böyük həvəslə hazırlaşır. 

    Pressa xəbər verir ki, teatr oktyabrın 25-nə saat 13:30-a təyin edilmiş 33-cü mövsümünün açılış günündə teatrsevərlərə Akif Həsənoğlunun “Yaddaş” əsəri əsasında səhnələşdirilmiş tamaşanı təqdim edəcək.

    Vətən müharibəsi şəhidlərinin xatirəsinə hazırlanan tamaşanın teatrın baş rejissoru, Əməkdar artist Asif Şirinov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Ellinaz balaşova, müsiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsəri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə ithaf olunur. Müharibə mövzusuna həsr olunmuş tamaşa Azərbaycan əsgərinin yüksək vətən sevgisini və parlaq qələbəsini  bədii şəkildə əks etdirir. 

    Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı yaxın günlərdə yeni repertuarını təqdim edəcək və yeni   mövsümündə izləyicilərini bir-birindən maraqlı tamaşalarla qarşılayacaq.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024